“Beşiktaş” klubu baş məşqçisini 41 gündən sonra istefaya göndərdi

09:55 - 22 Dekabr 2023

“Beşiktaş” klubu baş məşqçisini 41 gündən sonra istefaya göndərdi

Türkiyənin “Beşiktaş” klubu baş məşqçisi Rza Çalımbayı istefaya göndərib.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Superliqanın XVII turunda “Alanyaspor”la (1:3) oyundan sonra rəhbərlik iclas keçirib. Toplantıda 60 yaşlı mütəxəssislə yolların ayrılması qərara alınıb.

Qeyd edək ki, Rza Çalımbay noyabrın 10-da “Beşiktaş”ın baş məşqçisi təyin olunmuşdu. O, bu postda cəmi 41 gün qala bilib.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin