"Qarabağ"ın rəqibinin baş məşqçisi yeni transfer istəmir - AÇIQLAMA

18:40 - 21 Dekabr 2023

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” qış fasiləsində transfer etməyəcək.

 

Manset.az xəbər verir ki, bunu baş məşqçi Artur Jorje klubun rəsmi saytına açıqlamasında deyib.

51 yaşlı mütəxəssis belə danışıb: “Yaxşı mövsüm keçiririk. Amma daha yaxşısını edə bilərik. Heç bir mövqeni gücləndirmək fikrində deyiləm. "6" və "8" nömrələrin mövqeyində problemlərimiz var. Ancaq nəyisə dəyişməyəcəyik. İndiki heyətdən razıyam.

Hamıdan çox qol buraxıb hamıdan çox vurmuşuq. Əlbəttə, məsuliyyət mənim üzərimdədir. Ancaq bu məsələyə daha qayıtmayacağam”.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu 2024-cü il fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin