Daha 7 komandaya texniki məğlubiyyət verildi

22:26 - 20 Dekabr 2023

Daha 7 komandaya texniki məğlubiyyət verildi

İntizam Komitəsinin iclası keçirilib.

 

Manset.az  xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasında keçirilməli olan “Biləsuvar” FK - “Qobustan” FK oyunu ev sahibi “Biləsuvar” tərəfindən öhdəliklər icra edilmədiyinə və polis təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmadığına görə “Biləsuvar”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Region Liqasının “Veteran Tankçılar Gəncə” - “Bərdə” FK oyununun 90+2-ci dəqiqəsində “Veteran Tankçılar Gəncə” komandasının heyətində əvəzetmə limiti pozulduğu üçün bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Region Liqasının “Qarxun” – “Şəki” oyununda “Şəki” komandası hakimin tələbinə riayət etməyib meydana çıxmadığına görə “Şəki” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Gənclər Liqasının “Qəbələ” İK - “Zirə” PFK oyununda “Qəbələ”nin futbolçusu Okan Təhməzli oyun bitdikdən sonra komanda yoldaşını vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 4 oyun cəzalandırılıb.

U-10 Liqasında keçirilməli olan “Azəri” (Gəncə) - “Qoşqar” (Gəncə) oyunu “Qoşqar” (Gəncə) komandası təyin edilən vaxtda meydanda olmadığı üçün baş tutmadığına görə bu komandaya 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

U-14 Qızlar Liqasının “Kəpəz” PFK - “Turan Tovuz” FK oyununda “Kəpəz” PFK komandası Əsasnaməyə uyğun təvəllüd limitini pozduğuna görə “Kəpəz”ə 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

Yüksək Qızlar Liqasının “Qəbələ” İK - “Balxurma” (Balakən) oyununda Balxurma komandası lisenziyalarını təqdim etmədiyinə görə (U-17 liqadan oyunçuları oyuna gətirmişdir) və oyunun başlanması üçün tələb olunan yetərsay olmadığına görə matç keçirilmədiyi üçün “Balxurma” komandasına 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan kubokunun ilkin mərhələsi çərçivəsində  keçirilməli olan “Şuşa” - “Metropoliten” oyununda “Şuşa” komandası təyin edilən vaxtda meydanda olmadığı üçün baş tutmadığına görə “Şuşa”ya 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin