Coşqun oynadı, komandası heç-heçə etdi

21:27 - 20 Dekabr 2023

Coşqun oynadı, komandası heç-heçə etdi

Azərbaycan millisinin üzvü Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyespor" Türkiyə 1-ci Liqasında 16-cı tur oyununa çıxıb.

 

Manset.az  xəbər verir ki, sözügedən komanda səfərdə "Erzurum BB" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

"Erzurum BB" -  "Ümraniyespor" - 1:1

Qollar: Yıldız, 40 (0:1),  Tozlu, 90+6 (1:1)

Coşqun bu oyunda start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə sarı vərəqə alıb və elə həmin dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Ümraniyespor" 19 xalla 10-cu sıradadır. "Erzurum BB" isə 19 xalla 9-cu pillədə qərarlaşıb.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin