Premyer Liqa FİFA-ya şikayət etdi

12:22 - 19 Dekabr 2023

Premyer Liqa FİFA-ya şikayət etdi

İngiltərə Premyer Liqası Beynəlxalq Futbol Federasiyasına (FİFA) qurumun klublararası dünya çempionatının yeni formatı ilə bağlı milli liqa və klublarla məsləhətləşmədiyinə görə şikayət edib.

 

Manset.az xəbər verir ki, FİFA daha əvvəl 2025-ci ildə Klublararası Dünya Çempionatının altı qitə konfederasiyasından 32 klubun iştirak edəcəyi yeni sxem üzrə keçiriləcəyini açıqlamışdı.

Premyer Liqanın, La Liqa, Seriya A və Bundesliqa da daxil olmaqla, dünyanın 44 milli liqasını təmsil edən təşkilat olan Dünya Liqa Forumu tərəfindən FIFA-ya göndərilən şikayət məktubunu imzaladığı deyilir.

FİFA dünyanı idarə edən qurum kimi üzərinə düşən vəzifələri yerinə yetirməməkdə ittiham olunur. Həmçinin FİFA-nın daha çox gəlir əldə etmək üçün Klublararası Dünya Çempionatında matçların sayını artırmağı planlaşdıraraq öz maraqlarını ön plana çıxardığı iddia edilir. Bundan başqa, məktubda FİFA klubların maraqlarına məhəl qoymamaqda və təqvimi həddən artıq yükləməkdə ittiham olunur ki, bu da futbolçuların sağlamlığını riskə atır.

Qeyd edək ki, 2025-ci ildə Klublararası Dünya Çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin