“Qarabağ” “Neftçi”ni məğlub etdi

22:15 - 18 Dekabr 2023

“Qarabağ” “Neftçi”ni məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub.

 

Manset.az  xəbər verir ki, son gündə bir qarşılaşma baş tutub.

Günün yeganə matçı lider “Qarabağ”la əzəli rəqibi “Neftçi” arasında keçirilib.

“Qarabağ”ın hazırda 35 xalı vardı və qış çempionu idi. Ağdam təmsilçisi bu oyunda da qalib gəlsə, əsas izləyicilərindən uzaqlaşacaqdı. “Neftçi” isə 25 xalla 5-cidir və qalib gəlməklə 3-cü pilləyə yüksələ bilərdi. Amma bu oyunda “Qarabağ” qalib gəlib və zirvədəki mövqeyini möhkəmləndirib.

Azərbaycan Premyer Liqası

17-ci tur

18 dekabr

“Qarabağ” – “Neftçi” 2:0

Qollar: Yassin Benzya, 70. Hamidu Keyta, 90+2.

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal Umudlu.

Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin