Tahir Gözəl püşkü dəyərləndirdi

19:30 - 18 Dekabr 2023

Tahir Gözəl püşkü dəyərləndirdi

"Fikirləşdim ki, bura gəlməklə də komandaya püşkatmada bəlkə uğur gətirərəm. Məncə, bu, pis alınmadı. Bura gələn klublar öz ölkələrinin ən yaxşılarıdır. “Braqa” da çox keyfiyyətli və əhəmiyyətli klubdur". 

 

Manset.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl  Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını  "CBC Sport"da yayımlanan "90 dəqiqə" verilişinə şərh edərkən deyib.

Püşkatma mərasimi üçün İsveçrənin Nyon şəhərində olan klub rəhbəri sözügedən verilişdə dah sonra bildirib: "Püşkatmada qarşımıza ÇL-də çempion olmağı hədəf qoymuş “Milan” kimi klub çıxmadı. Məncə, püşkatma yaxşı oldu. “Qarabağ” və komandamızı sevərləri, Azərbaycanı möhtəşəm mübarizə gözləyir. Məncə, yaxşı olacaq".

Xatırladaq ki, "Qarabağ"ın "Braqa" ilə ilk oyunu 2024-cü il fevralın 15-də səfərdə, cavab görüşü fevralın 22-də Bakıda olacaq.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin