"Qalatasaray"ın Avropa Liqasında rəqibi bilindi - Püşkatma başa çatdı

17:36 - 18 Dekabr 2023

Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi başa çatıb və "Qalatasaray"ın rəqibi "Sparta Praqa" komandası olub.

 

Manset.az xarici mediaya istinadən məlumatına görə, rəqiblər arasında ilk oyun "Qalatasaray"ın stadionu RAMS Park-da olacaq.

14:33

Çempionlar Liqasından kənarlaşdırılan və UEFA Avropa Liqasında yolunu davam edən "Qalatasaray"ın son 32 turdakı rəqibi müəyyənləşib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu gün saat 16:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma UEFA-nın rəsmi saytında canlı yayımlanacaq.

"Qalatasaray"ın mümkün rəqibləri aşağıdakılardır:

-Frayburq (Almaniya)

-Marsel (Fransa)

- Rennes (Fransa)

-Tuluza (Fransa)

- Qarabağ (Azərbaycan)

-Roma (İtaliya)

-Sparta Praqa (Çexiya)

-Sportinq Lissabon (Portuqaliya)

"Qalatasaray"ın potensial rəqibləri arasında “Qarabağ” Futbol Klubu da yer alıb.

Əfsanə

Manşet.az


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin