Ardanın meydana çıxacağı ilk matçın tarixi bəlli oldu

14:15 - 18 Dekabr 2023

Ardanın meydana çıxacağı ilk matçın tarixi bəlli oldu

"Fənərbağça"dan transfer olunduğu "Real Madrid"də hələ oynama şansı olmayan türkiyəli, 18 yaşlı futbolçu Arda Gülərin dəqiq dönüş tarixi bəlli olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Real” Madrid futbol klubunun baş məşqçisi Karlo Ançelotti 4:1 hesabı ilə qalib gəldikləri “Villarreal” matçından sonra jurnalistlərə komandadakı zədəli futbolçular haqqında danışarkən Arda Gülər də toxunub.

Karlo Ançelotti, Ardanın yeni il fasiləsindən sonra komandaya qoşulacağını söyləyib. 18 yaşlı futbolçunun yanvarın 3-də "Malyorka" ilə matç üçün heyətdə olacağı gözlənilir.

Əfsanə

Manşet.az


Xəbər xətti

16 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin