“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi BİLİNDİ - YENİLƏNDİ

16:19 - 18 Dekabr 2023

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi BİLİNDİ - YENİLƏNDİ

“Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi bəlli olub.

 

Manset.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə növbəti raundda üz-üzə gələcək cütlər müəyyənləşib.

“Qarabağ” bu mərhələdə “Braqa” ilə qarşılaşacaq.

***

Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi bəlli olacaq.

Manset.az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

Fevralın 15-i və 22-nə nəzərdə tutulan oyunlarda “Qarabağ”ın ilk matçı səfərdə keçiriləcək.

Qeyd edək ki, “Qarabağ”ın potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Şaxtyor” (Ukrayna), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz”dur (İsveçrə).


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin