Liqaların başlama tarixi açıqlandı

16:30 - 13 Dekabr 2023

Liqaların başlama tarixi açıqlandı

"Ankaragücü" - "Rizəspor" matçının sonunda baş verən qalmaqaldan sonra Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi qeyri-müəyyən müddətə təxirə salınan liqaların yenidən başlayacağı tarixi canlı yayımda açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, TFF prezidenti Mehmet Büyükekşi bu gün keçirilən idarə heyəti mətbuat konfransında çıxış edib.  

Büyükekşi açıqlamasında, ”Bu gün verdiyimiz qərarla bütün liqalar dekabrın 19-da yenidən başlayacaq. Bir-birimizdən şikayət etməkdənsə, bir yerdə, sağlam düşüncə və birlik içində uğur qazanacağımıza inanırıq. Birlikdə uğur qazanacağımızı söyləmişdik. Türk futbolunun gələcəyi üçün lazım olan addımları atmağa və həlli vacib olan problemləri cəmiyyətimizlə birlikdə həll etməyə davam edəcəyik. Biz bunu futbolun bütün maraqlı tərəfləri ilə edəcəyik. Hadisənin baş verdiyi saatdan bu prosesdə bizə dəstək olan FİFA prezidenti İnfantino, UEFA prezidenti Çeferinə və UEFA Hakimlər Komitəsinin prezidenti Kollinaya təşəkkürümü bildirirəm”.

qeyd edək ki, bu həftə keçirilməsi nəzərdə tutulan oyunlar yanvarın 10-na təxirə salındığı halda, liqanın 17-ci həftəsinin oyunları dekabrın 19-dan etibarən oynanılacaq. Bu qərarla liqanın 18-ci həftəsində keçiriləcək Fənərbaxça - Qalatasaray derbisinin tarixi dəyişməyib.

Əfsanə

Manşet.az

 


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin