Hakim Melerə xəstə ziyarətinə gedən Ankaragücü heyəti şoka düşdü - Meler Ankaragücünü qəbul etmədi

15:27 - 13 Dekabr 2023

Hakim Melerə xəstə ziyarətinə gedən Ankaragücü heyəti şoka düşdü - Meler Ankaragücünü qəbul etmədi

"MKE Ankaragücü" başçı köməkçisi Zeynep Karamancı və idarə heyəti üzvləri xəstəxanada hakim Halil Umut Meleri ziyarətə gedib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Meler onu ziyarətə gələn Ankaragücü heyətini qəbul etməyib.

Qeyd edək ki, Trendyol Super Liqasının 15-ci həftəsində “MKE Ankaragücü” "Çaykur Rizəspor"u qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.  Matçın son fiti ilə meydana daxil olan Ankaragücü prezidenti Faruk Koca matçın baş hakimi Halil Umut Melərə yumruq zərbəsi endirib. Hücum anları kameraya düşüb. Xəstəxanada müalicə alan Melerin yanaq sümüyündə çat aşkarlanıb.

Əfsanə

Manşet.az


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin