Səidə şou-biznes əhlinin toyuna yazdırdığı məbləği AÇIQLADI

14:01 - 13 Dekabr 2023

Səidə şou-biznes əhlinin toyuna yazdırdığı məbləği AÇIQLADI

Müğənni Səidə Sultan sənət adamlarının onun toyuna yazdırdığı məbləği açıqlayıb.

 

Manset.az Axsam.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə qonaq olduğu televiziya verilişlərindən birində danışıb. O, aparıcı Vüsalə Əlizadənin suallarını cavablandıraraq, bunları deyib:

“Röya 2 000, Nura Suri 2 000 manat, Könül Kərimova 500 dollar, Günay İbrahimli, Nazilə Səfərli, Fatimə Fətəliyeva və Vüsalə Əlizadə 500 manat pul yazdırıblar”.

Səidə məclisə gəlməyən sənət adamlarından da danışıb:

“O qadın müğənninin adını açıqlamaq istəmirəm. Amma mən onun qızının, oğlunun toyunda və özünün dəfələrlə ad günlərində gözəl şəkildə iştirak etmişəm. Onu çağırdım, amma toyuma gəlmədi, heç pul da göndərmədi. Elə müğənni də oldu ki, gəlməsə də, pul göndərdi”.

Qeyd edək ki, Səidənin toyu sentyabrda olub.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin