“Beşiktaş” 5 əsas futbolçusunu komandadan uzaqlaşdırdı

13:47 - 11 Dekabr 2023

“Beşiktaş” 5 əsas futbolçusunu komandadan uzaqlaşdırdı

Türkiyənin “Beşiktaş” klubunun rəhbərliyi futbolçularla bağlı yeni qərar verib. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İstanbul təmsilçisinin 5 futbolçusu əsas komandadan kənarlaşdırılıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbol komandalarının koordinatoru Samet Aybabanın qərarı ilə Vensan Abubakar, Valentin Rozyer, Erik Bayi, Raşid Gezzal ile Jan Onana heyətdən uzaqlaşdırılıb. Futbolçuların əsas komandadan kənarlaşdırılmasının səbəbinin onların performansları ilə bağlı olduğu açıqlanıb.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin