“Qarabağ” “Molde”yə qarşı - YENİLƏNİR

00:05 - 1 Noyabr 2023

“Qarabağ” “Molde”yə qarşı - YENİLƏNİR

“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başlayıb.

 

Manset.az xəbər verir ki,  Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, “Aker” stadionunda təşkil olunan qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start verilib.

Görüşü belçikalı Erik Lambrextsin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

***22:52
UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda üz-üzə gələcək "Molde" (Molde) və "Qarabağ"ın start heyətləri bəlli olub.

 

Manset.az xəbər verir ki, "Report"un Norveçə ezam olunmuş əməkdaşı xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Molde": 12. Oliver Petersen, 31. Matias Lovik, 19. Eyrik Haugen, 3. Kasper Öyvann, 6. martin Ellinqsen, 28. Kristoffer Haugen, 20. Kristian Eriksen, 22. Maqnus Qrödem, 16. Emil Breyvik, 7. maqnus Volf Eykrem, 9. Volon Berişa

Baş məşqçi: Erlinq Moe

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç,66. Patrik Andrade 8, Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. 6 xala malik komanda 2-3-cü yerləri bölüşdürürlər.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin