"Yuventus" onunla yeni müqavilə imzalayacaq

18:49 - 1 Noyabr 2023

"Yuventus"un yarımmüdafiəçisi Manuel Lokatelli klubu ilə yeni müqavilə imzalayacaq.

 

Manset.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano özünün sosial şəbəkə hesablarında yazıb. 25 yaşlı oyunçunun yeni müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədə olacaq.

Qeyd edək ki, Lokatelli bu mövsüm Turin təmsilçisində 10 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib. O, 2021-ci ildən "Yuventus"da oynayır.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin