“Sabah”ın baş məşqçisi yenə cəzalandırıldı

15:25 - 26 Oktyabr 2023

“Sabah”ın baş məşqçisi yenə cəzalandırıldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Manset.az xəbər verir ki, iclasda Premyer Liqanın 2-ci turundan təxirə salınmış “Sumqayıt” – “Sabah” oyununda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilib.

“Sabah”ın baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun, həmçinin 24.08.2023-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə ilə cəzalandığına görə həmin tarixdə verilmiş 1 oyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə 2 oyun cəzalanıb, “Sabah” klubu 1000 manat cərimə edilib.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin