"Qarabağ"la matç üçün hər kəs yaxşı formadadı"

18:50 - 25 Oktyabr 2023

Bayer"in futbolçusu Yonas Hofmann Avropa Liqası qrup mərhələsinin "Qarabağ"la oyunundan öncə mətbuat konfransında iştirak edib.

 

Manset.az xəbər verir ki, 31 yaşlı vinger komandada hər kəsin yaxşı formada olduğunu bildirib: "Sabah üçün əlamətlər yaxşıdır. Milli fasilədən sonra hər kəs yaxşı formada və böyük motivasiya ilə Leverkuzenə qayıtdı.

Həyəcan və motivasiyanı yüksək saxlamaq və gələcək üçün yaxşı təməl qoymaq istəyirik. Oyunumuz xırda elementlərlə səciyyələnir. Lakin onlar oyunun effektivliyi üçün vacibdir. Doğru anda doğru yerdə olmalıyıq. Hər bir futbolçu bunu qəbul edir".


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin