Cəlilabadda yol qəzası oldu: Xəsarət alanlar var

21:54 - 25 Sentyabr 2023

Cəlilabadda yol qəzası oldu: Xəsarət alanlar var

Cəlilabad rayonunun Cavadxan küçəsində ağır yol qəzası qeydə alınıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki,  "VAZ 2106" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində rayon sakinləri - 1987-ci il təvəllüdlü Fərrux Məmmədov və 2001-ci il təvəllüdlü Vüsal Abdullayev xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatıdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin