Koronavirusun yeni versiyası əhali üçün risk yaratmır - AÇIQLAMA

19:47 - 10 Avqust 2023

Koronavirusun yeni versiyası əhali üçün risk yaratmır - AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyasının omikron ştamının EG.5 "Eris" adlı yeni variantının dünyada sürətlə yayıldığını bildirib.

 

Manset.az  xəbər verir ki, bu barədə təşkilatın məlumatında bildirilir.

ÜST hesab edir ki, koronavirusun yeni versiyası qlobal səviyyədə əhali üçün böyük risk yaratmır.

Məlumatda bildirilir ki, EG.5 ilk dəfə fevralın 17-də qeydə alınıb. O vaxtdan bəri dünya miqyasında yoluxma hallarda artım müşahidə olunur.

Təşkilatın məlumatına görə, dünyada koronavirus infeksiyasının bu variantının aktiv şəkildə yayılmasına baxmayaraq, EG.5-in əhali üçün yaratdığı risk aşağı səviyyədə qiymətləndirilir.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin