Bakıda təcili yardım maşını qəzaya düşüb - Yol bağlandı - FOTO
15 May 2024
19:47 - 10 Avqust 2023
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyasının omikron ştamının EG.5 "Eris" adlı yeni variantının dünyada sürətlə yayıldığını bildirib.
Manset.az xəbər verir ki, bu barədə təşkilatın məlumatında bildirilir.
ÜST hesab edir ki, koronavirusun yeni versiyası qlobal səviyyədə əhali üçün böyük risk yaratmır.
Məlumatda bildirilir ki, EG.5 ilk dəfə fevralın 17-də qeydə alınıb. O vaxtdan bəri dünya miqyasında yoluxma hallarda artım müşahidə olunur.
Təşkilatın məlumatına görə, dünyada koronavirus infeksiyasının bu variantının aktiv şəkildə yayılmasına baxmayaraq, EG.5-in əhali üçün yaratdığı risk aşağı səviyyədə qiymətləndirilir.
Digər xəbərlər
Ən son xəbərləri səhifəmizdən də izləyin