"Artım mərhələlərlə icra ediləcək" - Sahil Babyev

13:33 - 17 Sentyabr 2021

"Azərbaycan dövlətinin ən böyük diqqət və qayğısı məhz Vətən müharibəsində yaralanan, əlillik alan şəxslərə yönəlib və bu proqramlar silsilə şəklində davam edəcək".

 

Manset.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, bu günədək müharibədə iştirak etmiş 30 000-dən çox insana dövlət qurumları tərəfindən 37 000 xidmət göstərilib:

“Əlbəttə, bu azdır, bu daha da davamlı olmalıdır, artım mərhələlərlə icra ediləcək. Cənab Prezidentin müvafiq fərman və sərəncamı ilə yanvarın birindən şəhid ailələri və müharibə əlillərinə verilən təqaüdlər 2 dəfə artırıldı. Onlara verilən evlərin, mənzillərin sayı artırıldı".

Nazirin sözlərinə görə, bu il 3000 ev və mənzilin bu kateqoriyadan olan insanlara verilməsi nəzərdə tutulub: 

"5000-dən çox bu kateqoriyadan olan insan özünüməşğulluq proqramlarına və reabilitasiya mərkəzlərinə cəlb edilib. Ən müasir dördüncü nəsil protezlər bu insanlar üçün təchiz olunub. Bu günədək 183 ampulitasiyası olan insandan 141-i müasir protezlərlə təmin olunub. Qarşıdakı dövrlərdə də bu tədbirlər ardıcıl şəkildə icra olunacaq".


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin