Zəlzələ daşınmaz əmlak bazarına təsir edəcək? - Ekspert izah edir

20:09 - 4 İyul 2023

Zəlzələ daşınmaz əmlak bazarına təsir edəcək? - Ekspert izah edir

Zəlzələ hadisələrinin daşınmaz əmlak bazarına qısamüddətli də olsa təsirləri olacaq.

 

Manset.az xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra da ölkəmizin daşınmaz əmlak bazarında fikir dəyişikliyi formalaşır.

"Belə ki, həyət evlərinə alıcıların tələbatı artacaq. Tələbat artdığına görə, həyət evlərinin qiyməti nisbətən bahalaşacaq. Hündürmərtəbəli binalara isə tələbatın azalacağı gözlənilir. Bütün bunlar qısa müddət ərzində baş verəcək."

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə fərqli düşünür.

O bildirib ki, zəlzələ paytaxtda əsasən hündürmərtəbəli binaların daha yüksək mərtəbələrində hiss olunub.

"Bir günün içində əmlak bazarında qiymət dəyişikliyi olmur. Hər hansısa dəyişikliyin olacağı da gözlənilmir. Lakin, hündürmərtəbəli binaların yüksək mərtəbələrində evlər biraz gec satıla bilər. Səbəb isə alıcıların gözləmə mövqeyi olacaq. Bu da həmin mənzillərin satışına müəyyən problem yarada bilər. Bəzi məlumatlar yayılır ki, həyət evləri zəlzələdən sonra bahalaşır. Bu yanlış məlumatdır", - deyə o qeyd edib.

Qeyd edək ki, gecə saatlarında Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bal, Xəzər dənizində, Azərbaycan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin