Türkiyənin valyuta ehtiyatları rekord həddə ARTDI

23:52 - 27 İyun 2023

Türkiyənin valyuta ehtiyatları rekord həddə ARTDI

Son bir həftə ərzində Türkiyənin beynəlxalq valyuta ehtiyatlarının artımı 8,5 milyard dollar təşkil edib ki, bu da ölkə tarixində rekord hədd sayılır.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin maliyyə naziri Mehmet Şimşək tviterdə bildirib.

M.Şimşek qeyd edib ki, ölkə hakimiyyəti valyuta ehtiyatlarının artırılması istiqamətində işləri sürətləndirəcək.

"Ölkə tədricən rasional iqtisadi siyasətə qayıdacaq və ehtiyatların gücləndirilməsi üçün əlavə xarici mənbələrin təmin edilməsi istiqamətində fəal iş aparacaq. Bundan əlavə, türk lirəsinə əsaslanan investisiyaların cəlb edilməsi üçün tədbirlər görüləcək", - türkiyəli nazir əlavə edib.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin