Əcnəbilər Azərbaycana gəliş səbəbi MƏLUM OLDU

20:00 - 26 İyun 2023

Əcnəbilər Azərbaycana gəliş səbəbi MƏLUM OLDU

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin səfərlərin məqsədləri üzrə bölgüsü açıqlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunur. 

Bildirilir ki, ötən il Azırbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 1602,3 min olub. Onların 1058,1 mini turizm məqsədilə səfər edənlərdir.

İstirahət, əyləncə turizmi üçün səfər edənlərin sayı 398,5 min nəfər, işgüzar turizm məqsədilə 400,5 min nəfər, müalicə turizmi üçün 14 min nəfər, dini turizm üçün 2,2 min nəfər, qohumlara, dostlara baş çəkmək 184.8 min nəfər, digər turizm məqsədilə 58,1 min nəfər, digər məqsədlə səfər edənlərin sayı isə 544,2 min nəfərdir. 


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin