"Prezident Heydər Əliyev" və "Zərifə Əliyeva" gəmilərinin şəkilləri həkk olunan poçt markaları hazırlanıb - FOTO

17:56 - 9 May 2023

Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə iki poçt markası hazırlanıb.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, həmin markaların üzərində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) ən böyük gəmiləri olan "Prezident Heydər Əliyev" və "Zərifə Əliyeva" gəmilərinin şəkilləri həkk olunub.

Poçt markaları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə "Azərpoçt" MMC tərəfindən Belarusda çap edilib.

Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə keçirilən "Əbədi sevgi" adlı tədbirdə markalar ASCO-nun sədri Rauf Vəliyev tərəfindən möhürlənib.

R.Vəliyev bildirib ki, Heydər Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ni dağılmaqdan qoruyub:

"90-cı illərdə ASCO dağılmaq təhlükəsi ilə üz-üzə idi. Məhz Ümummilli Lider onu dağılmaqdan qorudu. Ötən gün mən Azərbaycan nümayəndə heyəti ilə Həştərxanda idim. Orada olanlar Ümummilli Lideri çox gözəl xatirələrlə xatırlayır. Hətta bizə yaxınlaşıb bildirdilər ki, siz xoşbəxt millətsiniz belə lideriniz olub".


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin