Azərbaycan yığması Afrika çempionatında iştirak edəcək

12:40 - 9 May 2023

Azərbaycan yığması Afrika çempionatında iştirak edəcək

11-18 may tarixlərində Tunisin paytaxtı Tunis şəhərində ağır atletika üzrə 33-cü Afrika çempionatı keçiriləcək. 

 

Manset.az xəbər verir ki, bu yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcəklər. 

Heyət aşağıdakı kimidir:

Qadın: Nazilə İsmayılova (45 kq)

Kişilər: İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq).

Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir.

Tunisdə təşkil olunacaq yarış da Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq və əldə etdikləri nəticələrə uyğun olaraq qazandıqları lisenziya xalları ümumi Olimpiya təsnifat sistemində qeydə alınacaqdır.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin