Kremlə edilən hücum dünya ictimaiyyəti tərəfindən pislənməlidir - Rusiya

16:48 - 4 May 2023

Kremlə edilən hücum dünya ictimaiyyəti tərəfindən pislənməlidir - Rusiya

Rusiya Xarici İşlər Nazirliyi Kreml Sarayına edilən pilotsuz təyyarə hücumları qiymətləndirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nazirlikdən verilən açıqlamada, Ukraynanın PUA-ların Kremlə etdiyi hücumlar dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən pislənməli olduğu bəyan edilib.

"Mayın 3-də Moskvada dronların köməyi ilə Kremlə qarşı həyata keçirilən terror cəhdini şiddətlə qınayırıq. Şübhə yoxdur ki, Kiyev rejimi uzun müddətdir və şüurlu şəkildə mülki infrastruktura və mülki əhaliyə qarşı terror üsullarını dəstəkləyib və istifadə edib”.

Hücumun Rusiya prezidenti Vladimir Putinə və onun iqamətgahına sui-qəsd cəhdi olduğu, cinayətin şiddətinin artdığı vurğulanaraq, bu kimi cinayətlərin cavabsız qalmaması lazım olduğu, Rusiya İstintaq Komitəsinin bu hərəkətlə bağlı araşdırma başlatdığı bildirilib.

Manşet.az


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin