Keçmiş prezidentin xanımı uşaqlar üçün şirkət qurdu - FOTO

15:41 - 4 May 2023

Keçmiş prezidentin xanımı uşaqlar üçün şirkət qurdu - FOTO

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama uşaqlar üçün sağlam qida və içki istehsal etməyi hədəfləyən yeni şirkət qurduğunu açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nyu-Yorkda keçirilən konfransda çıxış edən Mişel Obama şirkətin "PLEZi Nutrition" adlı məhsullarının şəkərin daha az və daha zəngin qida maddələrinə malik olacağı üçün uzunmüddətli perspektivdə uşaqların sağlamlığına daha az zərər verəcəyini bildirib.

Bu sahədə dəyişiklik etmək üçün kənardan çalışaraq fərq yaratmağın mümkün olmadığını öyrəndiyini ifadə edən Obama, sektor daxilində işləmək və qida sənayesini dəyişdirmək üçün fərqli yolların axtarılması lazım olduğunu ifadə edib.

O, bu şirkətlə təkcə sağlam məhsullar istehsal etməyi hədəfləmədiyini qeyd edərək, qida sənayesini daha sağlam edəcək bir yarışa başlamağa da ümid etdiyini bildirib.

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama ölkədə aktiv və sağlam həyat tərzini təbliğ etmək üçün 2010-cu ildə “Hərəkət edək” təşəbbüsü ilə çıxış etmişdi.

Manşet.az



Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin