Bu ölkədən Ukraynaya yeni hərbi yardım paketi

15:13 - 4 May 2023

Bu ölkədən Ukraynaya yeni hərbi yardım paketi

ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketi verəcəklərini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Blinkenin bəyanatında deyilir:

“Biz ukraynalı tərəfdaşlarımızın Rusiyanın təcavüzkar müharibəsinə qarşı müdafiəsi zamanı onların yanında olmağa davam edəcəyik. Prezident (Co) Baydendən aldığım mandata əsasən, mən Ukraynaya ABŞ inventarından olan 300 milyon dollar dəyərində silah və texnikanın tədarükü ilə bağlı sövdələşməni təsdiq edirəm”.

Rusiyanın istəsə bu gün müharibəni bitirə biləcəyini ifadə edən Blinken, ABŞ və müttəfiqlərinin Rusiya müharibəni bitirənə qədər Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.

Manşet.az


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin