Peskov Kremlə hücuma görə Ukraynanı deyil, bu ölkəni ittiham etdi

14:47 - 4 May 2023

Peskov Kremlə hücuma görə Ukraynanı deyil, bu ölkəni ittiham etdi

Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə pilotsuz təyyarələrin Kremlə hücumu ilə bağlı açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov Kremlə edilən pilotsuz təyyarə hücumlarına görə ABŞ-ı günahlandırıb.

Bəzi Amerika və Ukrayna rəsmilərinin hücumların "saxta" ola biləcəyi ilə bağlı açıqlamalarına reaksiya verən Peskov, "ABŞ və Ukraynada bu hücumu inkar etmək cəhdləri son dərəcə gülüncdür" - deyib.

Hücumların arxasında ABŞ-ın olduğunu vurğulayan Peskov, “Biz bilirik ki, bu cür terror aktları ilə bağlı qərarlar Kiyevdə deyil, Vaşinqtonda verilir. Kiyev nə deyilirsə, onu edir” – deyd edib.

“Kiyev hücum vasitələrini seçməkdə həmişə sərbəst deyil. Bu adətən okeanın o tayından müəyyən edilir. Biz bu vəziyyəti yaxşı bilirik”.

Manşet.az


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin