Məşhur aktyorun evinə basqın edildi - FOTO

13:49 - 4 May 2023

Məşhur aktyorun evinə basqın edildi - FOTO

ABŞ-ın Los-Anceles polisi aldıqları xəbər əsasında Hollivud ulduzu Kianu Rivzin evinə basqın edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polis 27 yaşlı qadının yoxa çıxması ilə bağlı Rivzin Los-Ancelesdəki iqamətgahına "basqın" edib.

Aktyor itkin düşdüyü iddia edilən qadınla bağlı heç bir məlumatının olmadığını və sözügedən iqamətgahda yaşamadığını bildirib. Polis məlumatı verən şəxsin səhvən Rivzin ünvanını verdiyini, yoxsa zarafat etməyə çalışdığını araşdıracağını bildirib.

Manşet.az



Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin