Azərbaycanda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

13:49 - 10 Aprel 2023

Azərbaycanda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün Naxçıvan şəhəri, Əcəmi, ev 25 ünvanında qeydə alınıb. Qaz sızması nəticəsində 1996-cı il təvəllüdlü Məmmədli Gülnar Kamil qızı, 2000-ci il təvəllüdlü Məmmədli Duyğu Orxan qızı və 2016-cı il təvəllüdlü Məmmədli Gülşən Orxan qızı zəhərlənib.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin sabit olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin