Türkiyədə onlar da deputat olmaq istəyir

13:39 - 10 Aprel 2023

Türkiyədə onlar da deputat olmaq istəyir

Türkiyədə partiyalar mayın 14-ü keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin adlarını Ali Seçki Şurasına təqdim ediblər.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 26 partiyanın irəli sürdüyü namizədlər sırasında mədəniyyət və idman sahəsinin nümayəndələrinə də rast gəlmək mümkündür.

Belə ki, sözügedən bu şəxslər arasında İYİ Partiyadan keçmiş futbolçu və məşqçi Ünal Karaman, sabiq futbolçu Gökhan Zan, Ədalət və İnkişaf Partiyasından (AKP) üzgüçü Umut Arman Sonay, musiqiçi Yücel Arzen, aktyor Bahadır Yenişehirlioğlu, aktrisa Özlem Balcı da var.

Bununla yanaşı, parlament seçkilərində iştirak etmək arzusunda olan ən gənc namizədin 18, ən yaşlı namizədin isə 73 yaşı olduğu məlum olub.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin