İstanbulun bu ərazilərində zəlzələ təhlükəsi var - Hər kəs evini satır

13:28 - 10 Aprel 2023

İstanbulun bu ərazilərində zəlzələ təhlükəsi var - Hər kəs evini satır

İstanbulda fay xəttinə yaxınlığı ilə tanınan sahil zolağında yerləşən məhəllələrdə köhnə tikililər boş qalıb.

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, köhnə mənzillərdə "Kirayə verilir” və "Satılır” elanları artmağa başlayıb. Əmlak agentləri bildirirlər ki, zəlzələdən sonra evlər satışa çıxarılıb. 

Bakırköy, Zeytunburnu və sahil bölgəsindəki evlər 2 aydır ki, elan saytlarını bəzəyir. 
Bakırköyün demək olar ki, hər küçəsində köhnə binalarda yaşayan sakinlərin evlərini boşaltması da diqqət çəkib. Digər tərəfdən, Bakırköy və Zeytinburnuda köhnə tikililərə qoyulan kirayə və satış elanlarında artım olub.

Bakırköy və ətrafındakı daşınmaz əmlak agentləri 6 fevral zəlzələsindən sonra vətəndaşların İstanbulda baş verə biləcək ssenarilərdən narahat olduğunu söyləyib. Sahil zolağında köhnə tikililərə tələbat azalıb. Eyni zamanda İstanbulda mənzil qiymətləri orta hesabla 10 faizə qədər azalıb.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin