Dəhşətli qəzada ölənlərin sayı 4-ə çatdı - YENİLƏNİB (FOTO)

21:00 - 5 Aprel 2023

Dəhşətli qəzada ölənlərin sayı 4-ə çatdı - YENİLƏNİB (FOTO)

Bakı-Salyan yolundakı qəzada ölənlərin sayı 4 nəfərə çatıb, 2 nəfər yaralanıb. 

 

Manset.az xəbər verir ki, hadisə nəticəsində 2020-ci il təvəllüdlü Bağırov Bayxan Bayram oğlu çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

***18:31

Bakı-Salyan yolundakı qəzada ölənlərin kimliyi məlum olub. 

 

Manset.az xəbər verir ki, bunlar Neftçala rayon sakinləri - 1970-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı, 1960-cı il təvəllüdlü Mikayılova Mirsəkinə Mirqiyas qızı və 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızıdır.

***18:12

Bakı-Salyan yolundakı qəzada xəsarət alanların kimliyi məlum olub. 

 

Manset.az xəbər verir ki, bunlar  Neftçala rayon sakinləri - 1966-cı il təvəllüdlü Hüseynov Elxan Ramil oğlu, 2020-ci il təvəllüdlü Bağırov Baycan Bayram oğlu və 1960-cı il təvəllüdlü Muradov Mirsəkinə Mirqiyam oğludur. ///Report

***17:36

Ələt-Astara yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində qəza hadisəsi baş verib. 

 

Manset.az Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə istinadən xəbər verir ki, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, “Hyundai Accent” markalı, 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı, 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, bir qadın və bir azyaşlı uşaq isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin