Sənubər İsgəndərlidən Operativ Qərargahın bu qərarına etiraz

18:50 - 20 Avqust 2021

Sənubər İsgəndərlidən Operativ Qərargahın bu qərarına etiraz

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində teatr, kinoteatr və konsert zallarının fəaliyyətinin bərpa olunmayacağı açıqlanıb.

Manşet.az xəbər verir ki, Əməkdar artist Sənubər İsgəndərli bu qərara etiraz edib.

Aktrisa sosial media hesabında bununla bağlı status yazıb:

“Əgər COVID-19 pasportu ilə hər yerə getmək mümkündürsə, niyə teatrlara, kinoteatrlara həmin pasportla getmək olmaz? ” – deyə Əməkdar artist bildirib.

Sosial şəbəkədəki minlərlə izləyici aktrisanın bu fikrilərinə müsbət rəy bildirərək ona dəstək olublar.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin