Məşhur pop ulduz Əfqanıstanı belə tərk etdi - FOTO

07:45 - 20 Avqust 2021

Məşhur pop ulduz Əfqanıstanı belə tərk etdi - FOTO

Əfqanıstanın bütün şəhərlərini bir-bir ələ keçirən "Taliban" ötən bazar günü Kabili də tutdui. 20 il sonra "Taliban" qüvvələri ölkəyə girdikdən sonra minlərlə insan ölkəni tərk etməyə başladı. Bu insanlar arasında Əfqanıstan pop musiqisinin ünlü səslərindən olan Aryana Sayeed da var idi. O da digərləri kimi ölkəni tərk edib.

Manset.az Lent.az-a istinadən məlumat verir ki, məşhur pop müğənnisi Kabildən Dohaya uçan təyyarədə çəkdirdiyi fotosunu sosial media hesabında yayımlayıb.

Əfqanıstanda polisin himayəsi altında yaşayan Aryana Sayeed mahnılarını oxumağa davam edirdi. Bu səbəbdən "Taliban" hədəfi olduğu iddia edilən məşhur müğənni Kabilin ələ keçirilməsindən sonra Əfqanıstanı tərk edərək Qətərə gedib.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin