<

Bakıda sahilə yaxın ərazidə yanğın söndürüldü- YENİLƏNDİ

18:32 - 29 Noyabr 2022

Bakıda sahilə yaxın ərazidə yanğın söndürüldü- YENİLƏNDİ

Bakı şəhəri, Səbail rayonunda sahilə yaxın ərazidə doğranmaqda olan qurğuda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Manset.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Əlavə məlumat veriləcək.

***

Səbail rayonunda sahilə yaxın ərazidə doğranmaqda olan qurğuda yanğın baş verib.

Manset.az xəbər verir ki,  bu barədə FHN məlumat yayıb.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda sahilə yaxın ərazidə doğranmaqda olan qurğuda yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin