“ASB Avropada sülhü bərpa etmək üçün bir fürsətdir” - Zelenski

20:00 - 6 Oktyabr 2022

“ASB Avropada sülhü bərpa etmək üçün bir fürsətdir” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin (ASB) Avropada sülhün bərqərar olması üçün bir fürsət olduğunu bəyan edərək Rusiyaya qarşı müharibədə qalib gəlməyin vacib olduğunu vurğulayıb.

 

Manset.az  xəbər verir ki, Aİ rəsmilərinin verdiyi məlumata görə, Zelenski bu haqda Çexiyanın paytaxtı Praqada keçirilən ilk ASB toplantısında Avropa ölkələrinin liderlərinə videokonfrans vasitəsilə müraciət edən zaman danışıb.

“ASB Avropada sülhü bərpa etmək üçün bir fürsətdir”, - Zelenski bildirib.

Ukrayna Prezidenti Rusiyanın sülh istəmədiyini iddia edərək dəyərlər və demokratiyadan güzəştə getməyəcəklərini qeyd edib.

“Rusiyanın başqa ölkələrə zərbə endirməməsi üçün Ukraynada müharibəni udmaq lazımdır” deyən Zelenski, təhlükəsizlik zəmanəti istədiklərini və müharibədə qalib gələcəklərini bildirib.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin