Deputat AZTV ilə bağlı statusunu sildi - FOTO

01:20 - 24 Sentyabr 2022

Deputat AZTV ilə bağlı statusunu sildi - FOTO

Millət vəkili Əziz Ələkbərli sosial şəbəkə hesabında AzTV-nin “Əsas məsələ” verilişi ilə bağlı yazdığı statusu silib.

Manset.az-ın məlumatına görə, bu barədə AZTV-nin rəsmi facebook hesabında məlumat paylaşılıb.

Məlumatda qeyd edilib:

“Əziz dostlar, millət vəkili Əziz Ələkbərli sosial şəbəkə hesabında AzTV-nin “Əsas məsələ” verilişi ilə bağlı yazdığı statusu silib. Görünür, deputat yazdığını bir daha nəzərdən keçirib, verilişə bir daha diqqətlə baxaraq orada səsləndirilən fikirlərin faktlara əsaslandığının və ciddi müzakirə mühitinin yarandığının fərqinə varıb.

Bu addıma görə hörmətli Əziz müəllimə təşəkkür edirik və  məsələyə öz tərəfimizdən də son vermək qərarına gəldik. Odur ki, AzTV də bu məsələ ilə bağlı öz statusunu silir və bir daha sağlam tənqidə, obyektiv yanaşmaya açıq olduğumuzu bildiririk”.
 



Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin