Brilliant Dadaşovadan ETIRAF: "Qonorar da yolladım, görüntüləri vermədilər" - VİDEO

11:52 - 20 İyul 2022

Brilliant Dadaşovadan ETIRAF:

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

 

Manset.az xəbər verir ki, sənətçi instaqram hesabında cazmen Stanislav Pinxasovla görüntülərini yayımlayıb.

Dadaşovanın musiqiçi ilə olan videosu onun Moskvadakı konsert zamanı lentə alınıb. Sənətçi musiqili proqramın görüntülərini ala bilmədiyini, bu videonun isə telefonla çəkildiyini qeyd edib:

"Moskvada yaşayan və musiqimizə rəğbət bəsləyən cazmen Stanislav Pinxasovla Moskva konsertimdə ekspromt... O  hayranım olduğunu deyib, məni müşaiət etməyi xahiş etdi. Mən də məmnuniyyətlə ifa etdim.

Heyf ki, Moskva konsertimdən görüntüləri bizə vermədilər və əlimizdə sadəcə telefona çəkilən görüntü var. Halbuki, yaradıcı heyyətdən ibarət çəkiliş qrupu çalışırdı. Qonorarlarını da təşkilatçı xanıma yolladım, amma xəbər çıxmadı ki çıxmadı…".


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin