Azərbaycanlı model memar əri ilə İSTİRAHƏT GÖRÜNTÜLƏRİNİ PAYLAŞDI - VİDEO

18:14 - 18 İyul 2022

Azərbaycanlı model memar əri ilə İSTİRAHƏT GÖRÜNTÜLƏRİNİ PAYLAŞDI - VİDEO

Azərbaycanlı model Pərvin Həsənzadə şəxsi həyatı ilə diqqət çəkib.

 

Manset.az xəbər verir ki, o, instaqram hesabında memar həyat yoldaşı Cihad Önərlə yeni görüntülərini yayımlayıb. 

Cütlüyün fotoları hazırda istirahət etdikləri turizm mərkəzlərindən birində lentə alınıb. 

Pərvinin bu paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb. Modelin əri ilə olan şəkillərinə çoxsaylı bəyənmə gəlib, xeyli şərh yazılıb.

Qeyd edək ki, uzun illərdir Türkiyədə fəaliyyət göstərən Pərvin ötən ilin sonlarında evlənib. Onun təmtəraqlı nikah mərasimi Sait Halim Paşa malikanəsində baş tutub. Pərvin bir sıra beynəlxalq dəb və modellik yarışlarında iştirakçı olub, müxtəlif dərəcələrdə qalibiyyət qazanıb.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin