Səidə Sultanın fanatı ona çətin anlar yaşatdı - ANBAAN VİDEO

17:07 - 18 İyul 2022

Səidə Sultanın fanatı ona çətin anlar yaşatdı - ANBAAN VİDEO

Müğənni Səidə Sultanın konsertində gərginlik yaşanıb. 

 

Manset.az baku.ws-ə xəbər verir ki, Nabranda musiqili proqramla çıxış edən Səidə çətin anlarla qarşılaşıb.

Belə ki o, xanım fanatlarından birinə kömək edərək onu səhnəyə qaldırıb. Bundan sonra həmin qadın Sultanı bərk-bərk qucaqlayıb və buraxmaq istəməyib.

Ürəyi sıxılan sənətçi fanatını uzaqlaşdırmağa çalışsa da, bunu bacara bilməyib. Ətrafdakı mühafizəçilərin müdaxiləsindən sonra səhnədəki xanım aşağı endirilib.

Həmin görüntüləri təqdim edirik:


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin