Meymun çiçəyi xəbərdarlığı: Yoluxanların 99 %-i kişilərdir

18:16 - 2 İyul 2022

Meymun çiçəyi xəbərdarlığı: Yoluxanların 99 %-i kişilərdir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada meymun xəstəliyinə yoluxma hallarının son 2 həftədə intensiv şəkildə artması haqqında məlumat yayıb.

Manşet.az sfera.az-a istinadən xəbər verir ki, ÜST-nin Avropa regional koordinatoru Hans Kluge meymun çiçəyi epidemiyasının episentri olan Avropadakı son vəziyyətlə bağlı dünən açıqlama verib.

Kluge deyib ki, Avropada 2 həftə ərzində yoluxma sayında artım 3 dəfəyə yüksəlib. O indiyədək qeydə alınan yoluxma halların əksəriyyətinin 21-40 yaş arası insanlar arasında olduğunu və yoluxanların 99 faizinin kişilərdən ibarət olduğunu söyləyib.

Kluge hökumətləri və qeyri-hökumət təşkilatlarını yoluxmanın qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb: “Qadın və uşaqlar arasında az sayda olsa da, meymun çiçəyi müşahidə olunmağa başlayıb. Bütün dünyada bu virusa yoluxanların 90 faizi Avropadadır. Qitədə yoluxma faktlarının sayı 4500-ü keçib”.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin