SON DƏQİQƏ: Azərbaycanın tanınmış şairi vəfat etdi - FOTO
28 Aprel 2024
21:46 - 23 İyun 2022
NATO Baş katibi Yens Stoltenberq Çexiya Baş naziri Petr Fiala ilə görüşdən sonra mətbuata açıqlama verib.
Manşet.az xəbər verir ki, NATO-nun iyunun 28-30-da keçiriləcək sammitində müzakirə olunacaq məsələlərdən birinin Finlandiya və İsveçin üzvlük müraciətləri olduğunu xatırladan Stoltenberq bu müraciətləri “tarixi gəlişmə” adlandırıb.
NATO baş katibi bütün müttəfiqlərin təhlükəsizlik problemlərini həll etmək və üzvlük prosesində irəliləyiş əldə etmək istədiklərini deyib:
“Türkiyənin haqlı təhlükəsizlik narahatlıqları var. Bunları həll etmək üçün Finlandiya və İsveçlə çalışırıq”.
Madrid sammitində müzakirə olunacaq məsələlərə toxunan Stoltenberq alyansın yeni strateji konsepsiya qəbul ediləcəyini, Ukraynaya yardımın müzakirə ediləcəyini, Prezident Volodimir Zelenskinin liderlərə müraciət edəcəyini bildirib.(teleqraf)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin