Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTOLAR

10:44 - 25 İyul 2021

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTOLAR

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında antiterror əməliyyatı aparan hərbçiləri terrorçuların hücumuna məruz qalıb.

Manset.az  xəbər verir ki, “Fırat qalxanı” antiterror hərəkatı bölgəsində Türkiyə Ordusuna məxsus “Kirpi” zirehli hərbi maşınına edilən hücum nəticəsində iki türk hərbçi şəhid olub, ikisi yaralanıb. Yaralılar Kilis Dövlət Xəstəxanasına çatdırılıblar.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar şəhidlərin ailələrinə başsağlığı verib.



Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin