Külək əsəcək, yağış yağacaq - Xəbərdarlıq
6 May 2024
10:28 - 16 May 2022
“Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində qalib gələn Ukrayna təmsilçisi “Kalush Orchestra” qrupu “Stefania” adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.
Manset.az xəbər verir ki, klipdə Rusiyanın Ukraynada apardığı müharibənin acı nəticələrini əks etdirən görüntülər yer alıb.
Ekran işi Buça, İrpen, Qostomel və Borodyankada lentə alınıb.
“Bu mahnını anama həsr edəndə müharibə başladı, müharibə başlayanda isə mahnı bir çox yeni məna qazandı. Mahnıda müharibə haqda bir kəlmə belə olmasa da, bir çoxlarında mahnı Ana Ukrayna ilə əlaqələndirilir. Bundan əlavə, ictimaiyyət onu bizim müharibəmizin himni adlandırmağa başladı! Amma əgər “Stefania” indi bizim müharibəmizin himindirsə, istərdim ki, o, qalibiyyətimizin himninə çevrilsin”, - klip haqda yazılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin