Bakı-Lvov marşrutu üzrə ilk reyslərin VAXTI AÇIQLANDI

09:45 - 24 İyun 2021

Bakı-Lvov marşrutu üzrə ilk reyslərin VAXTI AÇIQLANDI

Bakı-Lvov marşrutu üzrə ilk reyslər 2021-ci il iyulun 5-dən həyata keçirilməyə başlanacaq. 

Manset.az xəbər verir ki, Ukraynanın “SkyUp” hava yolları  2021-ci il iyulun 5-dən  Bakı-Lvov marşrutu üzrə ilk reysini həyata keçirəcək.  Ukraynanın Lvov şəhərindən Azərbaycana gələn  təyyarələr həftədə bir dəfə - bazar günləri yola düşəcək. Əks istiqamətdə reyslər isə bazar ertəsi həyata keçiriləcək. 
Azərbaycan Respublikasına giriş qaydaları isə 1 iyun 2021-ci il tarixindən etibarən yaşayış icazəsi olanlara , eləcə də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərarlara əsasən tənzimlənir.  

“COVİD – 19” pandemiyası dövründə əhalinin sağlamlığı naminə xüsusi qaydaları nəzərə alaraq , Bakı-Lvov marşrutu üzrə gediş-gəliş aviabiletlərini https://skyup.aero/ru/  saytından , yaxud  Ukrayna Fəxri Konsulluğunun “Ukrayna Mərkəzi”  bilet-satış şöbəsinə müraciət edərək əldə etmək mümkündür . 

Ukrayna Fəxri Konsulluğu rahat səyahətiniz  üçün əlavə  olaraq,  yola düşməzdən əvvəl mövcud giriş qaydalarını yoxlamağınızı  məsləhət görür. Təhlükəsiz səyahətinizi bizimlə həyata keçirin.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin