Göyçayda maşın iki piyadanı vurdu

23:27 - 21 Aprel 2024

Göyçayda maşın iki piyadanı vurdu

Goyçayda yol-nəqliyyat hadisəsi olub.

 

Manset.az  APA-ya istinadən xəbər verir ki, hadisə zamanı "Mercedes-Benz" markalı avtomobil iki piyadanı vurub.

Qəzada xəsarət alan 1978-ci il təvəllüdlü Könül Kərim qızı Mürsəlova və 1972-ci il təvəllüdlü Reyhane Mehdiyeva Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin